Ən son Firefox özəllikləri
-
Səs-küyü azaldın
Fərdiləşdirilə bilən tənzimləmələr və çoxlu endirilə bilən uzantılarla reklamları əngəlləyin və məxfiliyinizi artırın.
-
Eyni vaxtda bir neçə işlə məşğulsunuz?
Oxu rejiminə keçin, videoları pəncərədən çıxarın və şaquli vərəqlər və vərəq qrupları ilə daha nizamlı olun.
-
Bütün vərəqlərinizi nəzarətdə saxlayın
Təkrar vərəqləri qapadın, axtarış edin və açıq vərəqləri sabitləyin — açdığınız sonsuz sayda vərəq üçün demək olar ki, sonsuz imkanlar var.
İşinizi asanlıqla görməyinizə kömək edən səyyahı əldə edin
Əlinizi belə tərpətmədən reklam izləyicilərini əngəlləyin
Reklam izləyiciləri veb-səhifələrin daha yavaş yüklənməsinə səbəb olur. Firefox ilə bunu düzəltmək üçün tənzimləmələri axtarmağa ehtiyac qalmayacaq, çünki biz əksər izləyiciləri avtomatik əngəlləyirik.
Diqqət yayındırıcı amillərdən uzaq durun
Tomato Clock və Turn Off the Lights kimi uzantılarla diqqətinizi cəmləyin — onlar Tövsiyə olunur, bu da müstəsna təhlükəsizlik və funksionallığa görə qızıl ulduzumuz kimidir.
Sizin məlumatlarınız bütün ekranlarınızda
Firefox mobil versiyasını əldə edin ki, parollarınız, vərəqləriniz və tarixçəniz — həmçinin arxayın olduğunuz məxfilik və təhlükəsizlik — hara getsəniz sizinlə olsun.
Daxili məxfilik
Şəxsi məlumatlarınız satılmır. İzləyicilər və 3-cü tərəf çərəzləri ilkin vəziyyətdə əngəllənir, beləliklə siz sadəcə … internetdə səyahət edə bilərsiniz.
Firefox-un məlumatlarınızı necə qoruduğunu öyrənin*Həqiqətən* özünüzünküləşdirin
-
Daha ağıllı işləyin, daha xoş əylənin
Tədqiqat, alış-veriş və daha çoxu üçün uzantılardakı imkanları kəşf edin.
-
Sıxıcı səyyaha əlvida deyin
Doğru əlavə mövzusu ilə internet daha parlaq bir məkana çevrilə bilər.
20+ ildir milyardersizdir
Firefox 2004-cü ildə Mozilla tərəfindən Internet Explorer kimi səyyahlara daha sürətli, daha məxfi və fərdiləşdirilə bilən alternativ olaraq yaradılmışdır. Bu gün biz hələ də qeyri-kommersiya təşkilatıyıq, hələ də heç bir milyarderə məxsus deyilik və interneti — və orada keçirdiyiniz vaxtı — daha yaxşı etmək üçün işimizi davam etdiririk.